Qərb bölgəsinə qar yağıb
18.02.2021 [16:36]
Xəbərin mətni
Ötən gün səhər saatlarından başlayaraq qərb rayonlarında da hava şəraiti kəskin dəyişib. Bölgəyə qar yağıb. Aran hissədə qarın qalınlığı 10-15 santimetr təşkil edib.
AZƏRTAC xəbər verir ki, ciddi fəsadlar yaratmasa da, qarın yağmasına əsasən həmişəki kimi uşaqlar sevinib. Təsərrüfat sahibləri də bu təbiət hadisəsindən olduqca məmnundurlar. Fermerlər yağan qarın məhsuldarlığa müsbət təsir edəcəyini deyirlər.