CƏMİYYƏT


Ucarda baş vermiş ağır yol qəzasında 3 nəfər ölüb

Fövqəladə Hallar Nazirliyi Ucar rayonunda baş vermiş ağır yol qəzası barədə məlumat yayıb.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, “112” qaynar telefon xəttinə Ucar rayonunun Qaracallı kəndi ərazisində “Mercedes” markalı minik avtomobilinin su kanalına aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 3 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır