CƏMİYYƏT


“YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədən ölkəmizə həkim heyəti gətirilib

“YAŞAT” Fondunun dəstəyi, Müdafiə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyə Respublikasından həkim heyəti ölkəmizə gətirilib.Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, heyətin tərkibində ortoped, beyin cərrahı, ümumi cərrah və digər ixtisaslı həkimlər var.