MÜSAHİBƏ


Şamil Sabiroğlu: Şahid olduğum vəhşiliklərdən hələ də özümə gələ bilmirəm

XX əsrin ən böyük faciəvi hadisələrindən olan Xocalı qətliamı təkcə azərbaycanlılara deyil, ümumilikdə, bütün bəşəriyyətə qarşı törədilən cinayətdir. Bu cinayəti törədənlərin insanlığa qənim kəsildiyini isə təkcə tarixi sənədlər deyil, həm də faciənin canlı şahidi olmuş soydaşlarımızın xatirələri sübuta yetirir.
Üstündən illər ötsə də, Xocalı faciəsinin şahidləri hələ də ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərin təsirindən çıxa bilmirlər. Belə insanlardan biri - Xocalı faciəsi zamanı Qarabağa ezam olunmuş "Səhər" qəzetinin müxbiri Şamil Sabiroğlu AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində 29 il əvvəl şahidi olduğu dəhşətli hadisələrdən danışıb.