Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Xəzər rayonunda narkotik becərən şəxs saxlanılıb

17.03.2021 [17:47]

Xəbərin mətni

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat tədbiri həyata keçirib.
Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilir ki, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı narkotik vasitələrin əkilib-becərilməsi ilə məşğul olmaqda şübhəli bilinən vətəndaş Rasim Ağayev Türkan qəsəbəsi ərazisində saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı 66 ədəd ümumi çəkisi 5 kiloqram 490 qram əkilib-becərilməsi qadağan edilən çətənə kolu aşkar edilib.