Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Qubada yas mərasimi keçirənlər cərimələnib

19.03.2021 [12:38]

Xəbərin mətni

Quba Rayon Polis Şöbəsinin əməkdaşları Mirzəməmmədkənd kəndi ərazisində yerləşən evlərin birində karantin rejimi qaydalarının pozaraq yas mərasimi təşkil olunduğunu müəyyən ediblər. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dərhal dayandırılıb. Ölkədə elan edilən xüsusi karantin rejimi qaydalarını pozduqları üçün ev sahibi və mərasimdə iştirak edən 13 nəfər şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə cərimə olunublar.