CƏMİYYƏT


Oğuzda sel təhlükəsinin qarşısı alınır, yaşayış məntəqələri mühafizə olunur

Dağ çaylarının keçdiyi Oğuz rayonunda yaşayış məntəqələrini və əkin sahələrini sel sularından qorumaq Oğuz Suvarma Sistemləri İdarəsinin başlıca vəzifələrindən biridir. Hər il Oğuzda mühafizə bəndləri tikilir, təmirə ehtiyacı olan bəndlər isə əsaslı təmir olunur. Mühafizə işləri ilə yanaşı 10653 hektar torpaq sahəsinin də suvarılması idarə tərəfindən həyata keçirilir.