CƏMİYYƏT


Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamının icrası davam etdirilir

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Prezident İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamının icrasını davam etdirir.
AZƏRTAC xəbər verir ki, Sərəncamın icrası Milli Məclisin deputatlarının, Ombudsman Aparatının, ədliyyə naziri yanında fəaliyyət göstərən ictimai komitənin, insan hüquqlarının müdafiəsi təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrində həyata keçirilir. Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrinə gələrək, Sərəncamın icrasını vaxtında və yüksək səviyyədə təmin edirlər.