CƏMİYYƏT


Əfv Sərəncamı 17 saylı cəzaçəkmə müəssisəsində icra olunub

Azərbaycan Prezidenti İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsində icra olunub.
AZƏRTAC xəbər verir ki, Sərəncam 17 saylı cəzaçəkmə müəssisəsində 13 qadına şamil edilib. Onlardan 11-nə arayışlar təqdim olunub və onlar azadlığa buraxılıblar. Həmçinin 2 nəfərin cəzası azaldılıb. Müəssisədə azadlığa buraxılan şəxslərdən 3-ü əcnəbidir.