CƏMİYYƏT


Aynur Sabitova: Prezident İlham Əliyev Əfv Sərəncamı imzalamaqla minlərlə insana sevinc bəxş etdi

Azərbaycanda insan hüquqlarının etibarlı təminatına və cəza siyasətinin humanistləşdirilməsinə daim böyük önəm verən Prezident İlham Əliyev ötən gün növbəti humanist addım olaraq, "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncam imzaladı. Bu Əfv Sərəncamı ümumilikdə 625 məhkuma şamil olunub. Biz - ictimaiyyətin nümayəndələri və Ədliyyə Nazirliyinin təmsilçiləri Sərəncamın icrası prosesində birgə iştirak edirik.