CƏMİYYƏT


İsmayıllıda şəhid ailələri ziyarət edilib

İsmayıllı rayonunda Novruz bayramı münasibətilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların azyaşlı övladları və kiçik bacı-qardaşı olan ailə üzvləri ziyarət olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin, gənclər və idman idarəsinin, İsmayıllı Regional Mədəniyyət İdarəsinin əməkdaşları iştirak ediblər.