CƏMİYYƏT


Bakıda müvəqqəti yaşayan Böyük Britaniya vətəndaşı polislərə təşəkkür edib

Paytaxtın Səbail rayonunda müvəqqəti yaşayan Böyük Britaniya vətəndaşı Alan Newbigging Kameron polisə müraciət edərək bildirib ki, qaldığı evdə qapının açıq olmasından istifadə edən naməlum şəxs onun içərisində 250 manat, bank kartları, sənədlər olan pul kisəsini və 1 ədəd “İphone-12” markalı telefonunu oğurlayıb. Şikayət ərizəsi daxil olan kimi Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxs və ya şəxlsərin axtarışlarına başlanılıb. Bölmə əməkdaşlarının qısa zamanda “isti” izlərlə keçirdikləri əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Y.Məmmədova və E.Nəsrəddinova saxlanılıblar. Onlar ifadələrində etdikləri cinayəti etiraf ediblər.