CƏMİYYƏT


Füzuli uğrunda şəhidlik zirvəsinə ucalan xaçmazlı qəhrəman

Torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Əskərov Xəqani Səfa oğlu 1995-ci ildə Xaçmaz rayonunun Qusarçay kəndində doğulub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kiçik çavuş Xəqani Əskərov 2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlamışdı. Ürəyi Vətən sevgisi ilə döyünən döyüşçü müharibənin ilk günlərindən silaha sarılaraq düşmən üzərinə atıldı. Cəbrayıl və Füzuli istiqamətində şiddətli döyüşlərin iştirakçısı oldu.