CƏMİYYƏT


Sabunçu rayonunda bağ evindən oğurluq edən şəxslər saxlanılıblar

Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Ləhiş bağlarında yerləşən yeni tikilməkdə olan evlərdən birindən oğurluq edən şəxslər saxlanılıblar. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakinləri Mahir İsmayılov, Samir Həsənzadə, eləcə də Asim Hüseynov və Samir Yusifov tutulublar. Araşdırma zamanı onların qeyd edilən bağ evindən 2 ədəd ümumi dəyəri 3000 manat olan kombi aparatları, həmçinin digər məişət əşyaları oğurladıqları məlum olub.