CƏMİYYƏT


Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 102 illiyi ilə bağlı tədbirlər keçirilib

Ümummilli lider Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncama əsasən hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
DTX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 102 illiyi və peşə bayramı münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və kollegiya üzvləri Fəxri xiyabana gələrək, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin banisi ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib və məzarı önünə əklil qoyublar.