CƏMİYYƏT


FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətində komanda qərargah təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti fövqəladə hal zonasında axtarış və qəza-xilasetmə işlərinin təşkili, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qüvvə və vasitələrin idarə edilməsi, əməliyyat qərarlarının verilməsi sahəsində bilik və bacarıqların təkmilləşdirilməsi məqsədilə komanda qərargah təlimi keçirilib.