ELM VƏ TƏHSİL


Bu gündən ali məktəblərə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlanır

2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlanır.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun başlanması ilə əlaqədar mayın 26-da keçirilən mətbuat konfransında söyləyib.
O qeyd edib ki, ərizələrin qəbulu 2021-ci il mayın 26-dan iyunun 8-dək internet vasitəsilə aparılır.