ELM VƏ TƏHSİL


Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdinin iyul ayında keçirilməsi planlaşdırılır

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdinin iyul ayında keçirilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun başlanması ilə əlaqədar mayın 26-da keçirilən mətbuat konfransında söyləyib.
O qeyd edib ki, ikinci cəhdin avqustda keçirilməsi nəzərdə tutulur. Lakin bütün abituriyentlərə birinci cəhddə iştirak etmək tövsiyə olunur. Çünki pandemiya ilə əlaqədar dəyişiklik ola bilər.