Türkiyənin milli təhsil naziri Qubada STEAM mərkəzinin açılışında iştirak edib
28.05.2021 [18:02]
Xəbərin mətni
Mayın 28-də Azərbaycanın təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Qubaya səfər edib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nazirlər əvvəlcə Quba rayonunun İqrıq kənd qəbiristanlığında 1918-ci ildə Azərbaycana köməyə gələn xilaskar türk ordusunun könüllülərindən olan iki əsgərin məzarını ziyarət edib. Burada dəfn edilən türk əsgərləri o vaxt Quba qəzasında soyqırımı törədən ermənilərə qarşı döyüşlərdə qəhrəmanlıqla şəhid olublar.