Fövqəladə Hallar Nazirliyi ölkənin bəzi ərazilərində baş verən yanğınların səbəbini açıqlayıb
18.06.2021 [10:07]
Xəbərin mətni
Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri gün ərzində ölkə ərazisində bir neçə istiqamətdə açıq sahələrdə baş vermiş yanğınların söndürülməsi əməliyyatlarına cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında gün ərzində respublikanın müxtəlif şəhər və rayonlarında, o cümlədən Bakı şəhərinin Sabunçu, Yasamal və Suraxanı rayonları, Abşeron, Lənkəran, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, İmişli, Sabirabad, Bərdə, Tovuz, Neftçala rayonlarında açıq sahələrdə baş vermiş yanğınlar FHN-in müvafiq qüvvələri tərəfindən operativ qaydada söndürülüb.