Azərbaycan Dövlət İnformasiya Agentliyi

İyulun 14-ü və 15-də ali məktəblərə qəbul imtahanı keçiriləcək

07.07.2021 [12:33]

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 14-də III ixtisas qrupu, iyulun 15-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq. İştirakçılar Dövlət İmtahan Mərkəzinin saytından "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. İmtahanlar saat 10:00-da başlanacaq.

BÖLMƏNİN DİGƏR VİDEOLARI