ELM VƏ TƏHSİL


Təhsildən kənar qalan evdar qadınlar, yenidən dərslərə cəlb edilib

Ucar rayon Təzə Şilyan kənd orta məktəbinin müəllimi Aynur İbrahimova müxtəlif səbəblərdən təhsildən kənar qalan valideyinləri yenidən dərslərə cəlb edib. Hər gün kifayət qədər yol qət edərək Göyçaydan, Ucarın ucqar kəndinə elm aşılamağa gələn Aynur müəllimə deyir ki, əsas məqsədimiz əvvəlki illərdə orta məktəbi bitirdikdən sonra müxtəlif səbələrdən ali təhsil almaq imkanı olamayan indi isə ana, nənə olan evdar xanımları təhsilə yönəltməkdi.Ödənşsiz və könüllülük əsasında fəaliyət göstərən bu qrupdan hələlik otuz valideyn yararlanır.