Xaçmazın Qımılqışlaq kəndində 480 şagird yerlik məktəb binası əsaslı təmir olunub
06.08.2021 [15:45]
Xəbərin mətni
Xaçmaz rayonunun Qımılqışlaq kəndində 480 şagird yerlik məktəb binası əsaslı təmir olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ikimərtəbəli məktəbdə 18 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, texnologiya, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik və müşahidə sistemləri ilə təmin edilib. Məktəbə yeni inventar və avadanlıqlar gətirilib.