ELM VƏ TƏHSİL


Məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçənlərin sənədləri sentyabrın 24-dək məktəbə təqdim edilməlidir

Məktəbəhazırlıq qrupları üçün elektron ərizəsi qeydiyyata alınan valideynlər sentyabrın 1-dən 24-dək sənədlərini məktəbə təqdim etməlidirlər.Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, məktəbdə sənədləri qəbul edən məsul şəxs mektebeqebul.edu.az saytında elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirərək yoxlayır və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır.