ELM VƏ TƏHSİL


Qubalı məzunlardan qəbul imtahanlarında maksimum nəticə

Qubalı iki məzun iyulun 27-28-də keçirilən qəbul imtahanlarında maksimum nəticəyə nail olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rövşən Mütəllimov adına Bağbanlı kənd tam orta məktəbin məzunu Anar Mustafayev I ixtisas qrupu üzrə, Əfqan Vəliyev adına Rustov kənd tam orta məktəbin məzunu Rəvan Sultanov isə IV ixtisas qrupu üzrə maksimum bal (400) toplayıb. Hər iki mərhələnin cəminə görə Anar 682, Rəvan isə 680 bal toplayıb ki, bu da rayon üzrə ən yüksək göstəricilərdir.