MƏDƏNİYYƏT


Oymaçı: Hər ağacın öz naxışı, öz gözəlliyi var, onu duyub, hiss etmək lazımdır

Dekorativ-tətbiqi sənət növlərindən biri də oymadır. Ağac üzərində oyma bu sənətin ən qədim və geniş yayılmış janrlarındandır. Neftçala sakini Rafiq Əliyev də bir neçə ildir oyma sənəti ilə məşğuldur.AZƏRTAC xəbər verir ki, Rafiq Əliyevin yaratdığı sənət nümunələri əvvəlcə dostları, qohumları üçün xatirə xarakteri daşısa da, sənətkar sonralar müxtəlif mövzulara müraciət etməyə başlayıb. Son dövrlərdə onun əl işlərinin mövzuları arasında görkəmli şəxsiyyətlər, ədəbiyyat adamları, Vətən müharibəsi və s. yer alıb.