ELM VƏ TƏHSİL


Astaralı məzunlardan rekord göstərici – bir sinfin 17 şagirdinin hamısı ali məktəbə daxil olub

Astara şəhər Mirzə Ələkbər Sabir adına məktəb tələbə qəbulunda rekorda imza atıb. Belə ki, sözügedən məktəbin 11a sinfini bitirən 17 məzun ali məktəbə qəbul olaraq tələbə adını qazanıblar.
AZƏRTAC xəbər verir ki, Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta məktəbdə 2018-ci və 2019-cu tədris ilində ilk dəfə yaradılan təmayül sinifləri artıq öz yüksək nəticəsini göstərir. Məktəbin humanitar, riyaziyyat və iqtisadiyyat təmayüllü 11–a sinfinin 17 məzununun hamısı builki buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanıblar.