ELM VƏ TƏHSİL


V Uşaq Forumuna hazırlıq çərçivəsində növbəti layihə başa çatıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Regional İnkişaf” İctimai Birliyi və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində bu ilin noyabr ayında baş tutacaq Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumuna hazırlıq məqsədilə avqustun 30-da Forum iştirakçıları üçün açılan “Lider olmaq istəyirəm!” adlı 10 günlük yay məktəbinin bağlanış mərasimi olub.AZƏRTAC xəbər verir ki, avqustun 30-dan sentyabrın 10-dək davam edən yay məktəbində Foruma seçim turlarında fəallığı ilə seçilən uşaqlar, həmçinin şəhid və qazi övladları da daxil olmaqla 60 nəfər iştirak ediblər.