ELM VƏ TƏHSİL


Xaçmazın Qımılqışlaq kəndində 480 şagird yerlik məktəb binası istifadəyə verilib

Sentyabrın 15-də Xaçmaz rayon Şəmsəddin Sədiyev adına Qımılqışlaq kənd tam orta məktəbinin binası əsaslı təmirdən sonra istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 480 şagird yerlik məktəb binasının açılış mərasimində təhsil nazirinin müşaviri Elnur Əliyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və rayon Təhsil şöbəsinin nümayəndələri iştirak ediblər.
Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılan şəraitlə yaxından tanış olublar.