ELM VƏ TƏHSİL


Heydər Əliyev adına Hərbi Liseydə və Naxçıvan Qarnizonu tam orta məktəbində Bilik Günü qeyd edilib

Heydər Əliyev adına Hərbi Liseydə və Naxçıvan Qarnizonu tam orta məktəbində 15 Sentyabr Bilik Günü qeyd edilib.
Heydər Əliyev adına Hərbi Liseydə keçirilən tədbirdə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət himnimiz səsləndirilib.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev bilik günü münasibətilə zabit, müəllim və kursantları təbrik edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanı ilə hər il sentyabrın 15-i ölkəmizdə Bilik Günü kimi qeyd olunur. Naxçıvan Muxtar Respublikasında da ulu öndər Heydər Əliyevin müəllifi olduğu təhsil strategiyası uğurla həyata keçirilir.