ELM VƏ TƏHSİL


Kiyev Milli Linqvistik Universitetində Azərbaycan dilində təhsil alan tələbələrin sayının artırılması məsələsi müzakirə olunub

Kiyev Milli Linqvistik Universitetinin Şərqşünaslıq fakültəsində Azərbaycan dilinin tədris olunduğu qrupda təhsil alan tələbələrin sayı artırılmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikri universitetin rektoru filologiya elmləri doktoru, professor Roman Vasko ilə görüşündə Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova söyləyib.