Prezident təqaüdçüləri: Bu təqaüdə layiq görüldüyümüz üçün qürurluyuq
30.09.2021 [16:14]
“Sözsüz ki, fəxr hissidir. Qürur hissidir. Ölkəmə layiqli vətəndaş ola bilmək, bu təqaüdə layiq görülmək mənim üçün sözsüz ki, fəxrdir”.
Turanə Rəşidova ölkə başçısının Sərəmcamı ilə 2021/2022-ci tədris ilində Prezident təqaüdünə layiq görülən 102 tələbədən biridir. 691.4 balla Bakı Ali Neft Məktəbinin “İnformasiya təhlükəsizliyi” ixtisasına yiyələnən gənc tələbənin hədəfləri böyükdür.