ELM VƏ TƏHSİL


Qubanın Zərdabi qəsəbəsində Heydər Əliyev Fondu tərəfindən inşa olunan məktəb binası istifadəyə verilib

Quba rayonunun Zərdabi qəsəbəsində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan yeni məktəb binası istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zərdabi qəsəbə Bayram Şixəmirov adına tam orta məktəbi üçün tikilən üçmərtəbəli bina 850 şagird yerlikdir.
Quba Rayon Təhsil şöbəsinin müdiri Rüfət Hacıyev çıxış edərək Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bilavasitə diqqəti və qayğısı ilə ölkədə yeni elm, təhsil, səhiyyə, mədəniyyət mərkəzlərinin istifadəyə verilməsinin artıq ənənəyə çevrildiyini qeyd edib.