Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xarkovda Nizami Gəncəvinin 880 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib

23.10.2021 [14:11]

Xəbərin mətni

Ukraynanın Xarkov şəhərində dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyi, “Azərbaycan-Ukrayna Dostluq” Cəmiyyəti və Xarkov Şəhər Şurasının birgə təşəbbüsü ilə Xarkov Milli Radioelektronika Universitetində keçirilən beynəlxalq elmi konfransda diplomatlar, alimlər, nizamişünaslar, yerli KİV iştirak ediblər. Tədbirə, həmçinin xarici ölkələrdən onlayn şəkildə qoşulan alimlər də qatılıblar.

BÖLMƏNİN DİGƏR VİDEOLARI