ELM VƏ TƏHSİL


Heydər Əliyev Fondunun xeyirxah fəaliyyətinin xaricdəki daha bir nümunəsi

Çinin Yünnan vilayətinin ucqar Malipo qəsəbəsində çoxları Azərbaycanı yaxşı tanıyır. Bu da təsadüfi deyil. Çünki Malipodakı 2 nömrəli ibtidai məktəbdə Azərbaycanı xatırladan və tanıdan nişanə var.Malipo Çinin cənubunda, Vyetnamla sərhəddə yerləşir. 300 minə yaxın əhalisi olan bu qəsəbə dağların və hər tərəfdən yamyaşıl meşələrin əhatəsindədir. Çin Hökuməti ölkənin bu cür ucqar yaşayış məntəqələrində yoxsulluğun azaldılması proqramı çərçivəsində təhsil ocaqlarının inşası və yenidənqurulması ilə bağlı bir çox layihələr həyata keçirir.