ELM VƏ TƏHSİL


Nazir Emin Əmrullayev İstanbulda Türk Şurasının toplantısında çıxış edib

Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri davam edir.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində nazir Emin Əmrullayev İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin VI toplantısında iştirak edir.