Münhendə “Qarabağa qayıdış” gecəsi keçirilib
10.11.2021 [10:40]
Xəbərin mətni
Almaniyanın Münhen şəhərində “Qarabağa qayıdış” adlı gecə keçirilib.AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub. Tədbirdə azərbaycanlı qonaqlarla yanaşı, türk, yəhudi və alman diasporlarının nümayəndələri də iştirak ediblər. Tədbirin əvvəlində Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının dövlət himnləri səsləndirilib, Birinci və İkinci Qarabağ müharibələrində həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.