SİYASƏT


UNESCO-nun konfransı çərçivəsində Elnur Məmmədov San-Marinonun təhsil və mədəniyyət naziri ilə görüşüb

UNESCO-nun Baş Konfransının 41-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov San–Marinonun təhsil və mədəniyyət, universitetlər və elmi tədqiqatlar naziri Andrea Beluzzi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev və Daimi Nümayəndəliyin diplomatı Nigar Qurbanova iştirak ediblər.