SİYASƏT


Ankarada Qarabağ Zəfərinin ildönümünə həsr edilmiş konfrans təşkil olunub

Ankarada 8 Noyabr – Zəfər Günü münasibətilə “Qarabağ Zəfərinin ildönümündə Türkiyə və türk dünyası” mövzusuna həsr edilmiş konfrans keçirilib.AZƏRTAC xəbər verir ki, Beynəlxalq Münasibətlər və Strateji Təhlillər Mərkəzi (TÜRKSAM) tərəfindən təşkil edilən konfransda çıxış edən qurumun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Sinan Oğan Azərbaycanın 44 günlük müharibədəki parlaq Zəfərinin torpaqların işğaldan azad edilməsi ilə yanaşı, türk dünyasındakı inteqrasiya prosesinə yeni imkanlar bəxş etdiyini bildirib.