MƏDƏNİYYƏT


İntibah dövrünün vətəni Florensiya

İtaliyanın və Avropanın ən mühüm ticarət mərkəzlərindən biri olan Florensiya köklü tarixə, heyranedici memarlıq nümunələrinə və ən əsası möhtəşəm bədii kolleksiyaya malik şəhərdir. Florensiya dünyaya görkəmli rəssamlar, sənət adamları bəxş etdiyindən intibah dövrünün vətəni sayılır.Toskana regionunun paytaxtı olan Florensiya Şimali Apennin dağlarının ətəklərində, Arno çayının ayırdığı İtaliyanın 2 əyaləti-Toskana və Emiliya ilə sərhəddə yerləşir. Arno çayının sahilində hərbi koloniya yaradan romalılar bu yerlərə Florensiya– “gül şəhəri” adı veriblər.