MÜSAHİBƏ


Sabir Rüstəmxanlı: Milli Dirçəliş Günü Azərbaycan tarixinin ən parlaq hadisələrindəndir

Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr - Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Xalq hərəkatının ön sıralarında gedənlərdən biri də ədəbiyyatımızda öz dəsti-xətti ilə seçilən, Azərbaycan və Türk dünyasının görkəmli fikir adamı, ictimai xadim Sabir Rüstəmxanlı olub. AZƏRTAC-ın müxbiri bu əlamətdar gündə Sabir Rüstəmxanlı ilə həmsöhbət olub.20-ci əsrin 70-ci illərinin ədəbi nəslinə mənsub olan şairin yaradıcılığının ana xəttini müstəqillik amalı təşkil edib. Milli ruhlu ədəbiyyatımızın formalaşmasında və inkişafında, milli dirçəlişdə Sabir Rüstəmxanlının özünə məxsus rolu olub. Onun doğma Azərbaycanımızın azadlığına, haqqa, ədalətə səsləyən poeziyası qəlblərə yol taparaq geniş əks-səda doğurub. ​