SİYASƏT


Baykal-Amur magistralında dünyanın ən mürəkkəb tuneli sayılan Severomuyski ulu öndər Heydər Əliyevin birbaşa rəhbərliyi ilə uğurla tikilib

Noyabrın 29-da “Rossiya-24” telekanalında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Rusiyanın “BTS-MOST” Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Ruslan Baysarovla görüşü barədə videomaterial yayımlanıb.AZƏRTAC xəbər verir ki, görüşdə ümummilli lider Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışarkən həmin dövrdə dünyanın ən mürəkkəb tuneli sayılan və xarici ölkələrin şirkətlərinin inşa edə bilmədiyi Baykal-Amur magistralındakı Severomuyski tunelinin Ulu Öndərin birbaşa rəhbərliyi ilə uğurla tikildiyi xüsusi olaraq vurğulanıb.