SİYASƏT


Akar: Türkiyə Azərbaycan Ordusunun modernizasiyasına dəstək verir

Azərbaycan Türkləri 44 gün davam edən və zəfərlə bitən Tək Vətən Hərəkatı ilə 30 illik işğala son qoyub.Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkə parlamentində çıxışı zamanı bildirib.H. Akar qeyd edib ki, hazırda Türkiyə Silahlı Qüvvələri Azərbaycan Ordusunun modernizasiyasına, təlim və təhsil fəaliyyətlərinə dəstək verir.O vurğulayıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina/PHS-lərin birgə axtarışı və zərərsizləşdirilməsinə dair fəaliyyət də davam etdirilir.