Azərbaycanlı skripkaçının Avropadakı xoş sədası
13.12.2021 [13:10]
Xəbərin mətni
Kamran Ömərli son illərin ən istedadlı azərbaycanlı klassik musiqi ifaçılarındandır. Hazırda İspaniyada musiqi fəaliyyəti ilə məşğul olan 27 yaşlı skripkaçı böyük uğurlara imza atıb. Avropada tanınmağı bacaran gənc istedad AZƏRTAC-ın müxbiri ilə söhbətində uğur hekayəsini bölüşüb, gələcək planlarından danışıb.