Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri mövzusunda konfrans keçirilib

16.12.2021 [13:42]

Xəbərin mətni

Dekabrın 16-da ADA Universitetində “İnteqrasiya prosesi çərçivəsində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda ADA Universitetinin rektoru Hafiz Paşayev, Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov, Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər iştirak ediblər.