SİYASƏT
AZƏRTAC və Kazinform arasında əməkdaşlığın genşləndirilməsi imkanları müzakirə olunub
18.12.2021 [16:08]
Xəbərin mətni
AZƏRTAC və Qazaxıstanın Kazinform informasiya agentliyi beynəlxalq platformalarda qarşılıqlı dəstək, birgə layihələrin həyata keçirilməsi, informasiya mübadiləsinin təkmilləşdirilməsi məsələlərinə diqqəti artırmaq niyyətindədirlər.
Əməkdaşlığın bu və digər perspektivləri AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun Kazinform-un İdarə Heyəti sədrinin müavini - baş redaktor Bibinor Tanelbayeva və beynəlxalq əlaqələr üzrə baş menecer Toqjan Yesenbayeva ilə görüşündə müzakirə olunub.