Macarıstandakı “Azərbaycan Evi”ndə Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib
20.12.2021 [16:40]
Xəbərin mətni
Budapeşt şəhərində yerləşən “Azərbaycan Evi”ndə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Macarıstanda yaşayan həmvətənlərimizin iştirakı ilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri Macarıstandakı “Azərbaycan Evi”nin rəhbəri İbrahim Səfərli açaraq, tədbir iştirakçılarını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib və ən xoş arzularını çatdıraraq bu bayramın dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində xüsusi roluna diqqət çəkib.