Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir Ceyhun Bayramov: Azərbaycanla İran arasında yeni layihələrlə bağlı yol xəritəsi üzərində iş gedir

22.12.2021 [22:26]

Xəbərin mətni

Noyabrın 28-də Aşqabadda keçirilmiş görüş hazırkı dövrdə ölkələrimiz arasında münasibətlərdə xüsusi önəm daşıyır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkələrimiz arasında əməkdaşlığa dair müqavilələr imzalanıb. Bugünkü görüşdə ikitərəfli əlaqələrin inkişafı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq və digər mövzularda müzakirələr apardıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə keçirilən görüşdən sonra təşkil olunan brifinqdə deyib.