SİYASƏT
Nazir: Azərbaycan daha bir neçə məsələ üzrə Ermənistanı məsuliyyətə cəlb etmək üçün beynəlxalq məhkəməyə müraciət edəcək
27.12.2021 [15:12]
Xəbərin mətni
Yaxın vaxtlarda bir neçə konvensiya üzrə, əsasən ekologiya, ətraf mühitə dəymiş ziyan, Azərbaycanın enerji resurslarından qanunsuz istifadə ilə əlaqədar Ermənistanı məsuliyyətə cəlb etmək üçün ölkəmiz beynəlxalq məhkəmələrə müraciət edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 27-də 2021-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.