SİYASƏT


Hulusi Akar: Azərbaycanlı qardaşlarımızla bundan sonra da “İki dövlət, bir millət” anlayışı ilə bir yerdə olacağıq

Sarıqamış şəhidlərinin xatirəsini yad etdiyimiz bu gündə Qafqaz cəbhəsində əsir düşən əsgərlərimizə kömək əlini uzadan azərbaycanlı qardaşlarımıza minnətdarlığımızı bildiririk. Nargin adasında əsir düşərgəsində son dərəcə əlverişsiz şəraitdə həyatda qalmaq mübarizəsi aparan əsgərlərimiz azərbaycanlıların köməyi sayəsində sağ qala bildilər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar Sarıqamış faciəsinin 107-ci ildönümü ilə əlaqədar Soğanlı və Allahu-Əkbər dağlarının arasında yerləşən Kızılçubuk zirvəsində təşkil olunan mərasimdə çıxışı zamanı ifadə edib.